Endrik London nəhənginə keçə bilər

"Lion"da icarə əsasında çıxış edən Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Arsenal" brazilyalı forvardla ciddi şəkildə maraqlanır.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, Endrik cari mövsüm meydana çıxdığı 21 matçda 7 qol, 7 asistlə yadda qalıb.

O, müqavilə əsasında "Real Madrid"ə məxsusdur.