Endrik satılmayacaq - Madridə qayıdacaq

"Real Madrid" Endriki satmaq niyyətində deyil.

Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "los blankos" brazilyalı forvardı klubda saxlayacaq.

19 yaşlı hücumçu mövsümün sonuna qədər "Lion"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında " 47.5 milyon avro qarşılığında "Palmeyras"dan transfer etmişdir.