Entoni "Mançester Yunayted"i tərk edir

"Mançester Yunayted" brazilyalı futbolçusu Entonini icarəyə vermək istəyir.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Real Betis" Entoni ilə ciddi şəkildə maraqlanır.

24 yaşlı futbolçu bu mövsüm 12 rəsmi matçda iştirak edib. Aktivində 1 qol var.

Qeyd edək ki, Entoni 2022-ci ilin avqust ayında 95 milyon avro qarşılığında "Ayaks"dan "Mançester Yunayted"ə transfer olmuşdu.