Enzo fikrində qətidir
"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandez yayda klubdan ayrılmaq fikrində qətidir.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu "Real Madrid"ə transfer olmağa həvəslidir.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, Enzonun dəyəri 90 milyon avrodur.