Enzo Mareska Palmerin zədəsi haqqında danışıb
“Çelsi”nin italiyalı çalışdırıcısı Enzo Mareska mətbuat konfransı zamanı Kol Palmerin zədəsi haqqında məlumat verib.
Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəsis Palmerin “Arsenal” ilə matçda mümkün iştirakı barədə danışıb.
“Kol Palmer daha yaxşı olacaq. Yüngül zədəsi var. Bunun üzərində çalışırıq. Ümid edirəm ki, “Arsenal” ilə matçda meydanda ola biləcək. O bizim ən önəmli futbolçularımızdan biridir. Palmerin hazır olub olmadığını şənbə günü biləcəyik”, - deyə Enzo Mareska bildirib.
Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı 10 noyabr saat 20:30-da başlayacaq.