Erik Ramosun yeni klubu müəyyənləşdi
"Neftçi"dən ayrılan paraqvaylı futbolçu Erik Ramosun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
Onun sabiq klubu "Rubio Nu” ilə bir illik müqavilə imzaladığı bildirilib.
Xatırladaq ki, E.Ramos müqaviləsi başa çatdığı üçün “Neftçi”ni ötən mövsüm yekunlaşandan sonra tərk edib.