Eriksen “Volfsburq”da
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Kristian Eriksenin “Volfsburq” klubuna keçidi reallaşmaq üzrədir.
Sportline.az xəbər verir ki, bu məlumatı almaniyalı jurnalist Florian Plettenberq yayıb.
Hazırda azad agent statusunda olan danimarkalı futbolçunun Bundesliqa təmsilçisinə transferi yaxın günlərdə rəsmiləşə bilər. Hazırda tərəflər transferin son detallarını müzakirə edirlər.