Eriksenin son paylaşımı

Ötən gün Avro-2020-nin B qrupunda keçirilən Danimarka - Finlandiya oyununda huşunu itirən Kristian Eriksenin vəziyyəti normallaşıb.

Sportline.az xəbər verir ki, danimarkalı ulduz rəsmi facebook hesabında yeni foto paylaşıb.

O, paylaşdığı fotoda əl jesti ilə hər şeyin əla olduğunu bildirib.