Erməni əsilli futbolçu "Qarabağ"la oyun üçün siyahıda

"Nant" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la keçircəyi matç üçün iştirak ərizəsini açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, baş məşqi Atuan Kombuare sihahıya 23 futbolu daxil edib. İştirak ərizəsində erməni əsilli orta xətt oyunçusu Qor Manvelyan da yer alıb.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba

Qeyd edək ki, sabah keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.