Erməniyə qalib gələn güləşçimizdən bürünc medal

Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Gevorq Sukiasyanla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan güləşçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.