Eşli Yanq futbolla vidalaşır

İngiltərə millisinin sabiq futbolçusu Eşli Yanq karyerasını başa vuracağını açıqlayıb.

Sportline.az xəbər verir ki, hazırda “İpsviç Taun”da çıxış edən 40 yaşlı futbolçu mövsümün sonunda futboldan ayrılacaq.

Bildirilir ki, Yanq 20 ildən çox davam edən karyerası ərzində 750-dən çox oyuna çıxıb və bir sıra böyük klublarda forma geyinib. 

Sözügedən oyunçu “Mançester Yunayted”, “Aston Villa”, “İnter” kimi klublarda çıxış edib və İngiltərə millisində də önəmli oyunlar keçirib.