Əşrəf "İnter"ə keçməyə yaxındır

İtaliyanın "İnter" klubunun CEO-su Cüzeppe Moratta "Real"ın müdafiəçisi Əşrəf Hakimini transfer etməyə hazırlaşdıqlarını deyib.

Sportline.az "Sky Sport"a istinadla xəbər verir ki, o, keçidi tamamlamaq üzrə olduqlarını söyləyib:

"Hakimini ilə anlşmaq üzrə olduğumuzu təsdiq edirəm. "Zhang" ailəsi klubumuza önəmli futbolçular qazandırmağa davam edir".

Milan təmsilçisi mərakeşli futbolçunun keçidi üçün 40+5 milyon avro təzminat ödəyəcək. Əşrəfin "İnter"lə 5 illik müqavilə bağlayacağı və mövsümlük maaşının 5-6 milyon avro olacağı bildirilir.

Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib. O, ötən mövsüm 45 oyunda 9 qol vurub, 10 assist edib.