"Everton" 37 yaşlı futbolçunu transfer edib

Son olaraq QPR-də çıxış edən qapıçı Asmir Begoviç "Everton"a geri dönüb.

Sportline.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qapıçı ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.Bosniyalı, klubda Cordan Pikfordun əvəzedicisi olacaq.

Qeyd edək ki, Beqoviç daha əvvəl 2021-ci ildən 2023-cü ilə qədər "Everton"un şərəfini qoruyub. O, komanda ilə debüt oyununa 2021-ci ildə İngiltərə Liqa Kubokunda "Haddersfild Taun"a qarşı çıxıb.