“Everton” “Çelsi”yə elçi düşüb

“Bavariya”da icarə əsasında çıxış edən Nikolas Cekson “Everton”un transfer siyahısında yer alıb.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı forvard üçün 70 milyon avro ödəməyə hazırdır.

N.Cekson müqavilə əsasında “Çelsi”yə məxsusdur.

Qeyd edək ki, Seneqal millisinin üzvü bu mövsüm meydana çıxdığı 14 matçda 3 qol, 2 asistlə yadda qalıb.