“Everton” “Fənərbağça”ya 17 milyon avro ödəməyə hazırdır
“Everton” mərakeşli forvard Yusef En-Nesri üçün “Fənərbağça”ya 17 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
28 yaşlı hücumçu öz menecerinə “Everton”a getmək istədiyini söyləyib.
Qeyd edək ki, “Fənərbağça” təcrübəli futbolçu üçün 22 milyon avro tələb edir.