"Everton" ingiltərəli futbolçusunu satmayacaq
"Everton" ingiltərəli futbolçusu Cerred Brantvaytı satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 23 yaşlı oyunçusu ilə yola davam edəcək.
Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Brantvaytın dəyəri 50 milyon avrodur.