"Everton" "Mançester Siti" ilə görüşmələrə başlayıb
"Everton" ingiltərəli futbolçu Cek Qriliş üçün "Mançester Siti" ilə görüşmələrə başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.
Mersisayd klubu 29 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Qrilişin "Mançester Siti" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.