“Everton” “Seltik”ə elçi düşüb

"Seltik"in yaponiyalı futbolçusu Dayzen Mayeda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Everton" 28 yaşlı sol cinah vingeri üçün 20 milyon avro ödəməyə hazırdır.

Mersisayd klubu yanvar ayında rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Mayeda bu mövsüm meydana çıxdığı 18 oyunda 4 qol, 2 asistlə yadda qalıb.