“Everton” və “Vest Hem” transfer yarışına girib

“Tottenhem”dən ayrılan ispaniyalı sol cinah müdafiəçisi Serxio Reqilion hazır da azad agent statusundadır.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Everton” və “Vest Hem” 28 yaşlı futbolçunu transfer etməyə çalışır.

Reqilion dəyəri “Transfermarkt” portalına görə, 6 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçu “Real Madrid”in yetirməsidir.