"Everton" yaponiyalı futbolçu üçün "Sosyedad"la danışıqlara başlayıb
"Everton" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Real Sosyedad"ın yaponiyalı futbolçusu "Everton" maraq dairəsindədir.
24 yaşlı sağ cinah vingeri İngiltərə Premyer Liqasında çıxış etməyi arzulayır.
Qeyd edək ki, Mersisayd klubu bu keçid üçün 30 milyon avro ödəmək niyyətindədir. Lakin "Sosyedad" ən azı 40 milyon avro tələb edir.