"Everton"dan "Əl-Hilal"a
"Everton"un hücumçusu İliman Ndiaye karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Əl-Hilal" 26 yaşlı oyunçunu transfer etməkdə israrlıdır.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, İ.Ndiaye dəyəri 55 milyon avrodur.