“Everton”la Pikfordla yola davam edəcək

"Everton" ingiltərəli qapıçısı Cordan Pikfordla yola davam edəcək.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu Mersisayd klubu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Pikford bu mövsüm 7 matçda qapısında 7 top görüb.