"Eyüpspor" heyətini senaqallı hücumçu ilə gücləndirib

Super Liqanın debütandı "Eyüpspor" təcrübəli hücumçu Mame Tiamı heyətinə qatdığını açıqlayıb.

Sportline.az İstanbul klubunun rəsmi hesabına istindanla xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Ötən mövsümü "Pendikspor"da keçirən Mame Taim komandası ilə çıxdığı 37 oyunda 17 qol və 7 asistə imza atıb.

Qeyd edək ki, Tiam daha əvvəl Türkiyə Super Liqasında "Kayserispor", "Kasımpaşa" və "Fənərbağça" kimi klubların formasını geyinib.O, 2022-ci ildə Seneqal millisinin heyətində Afrika Kubokunun qalibi olub.