Eze “Arsenal”a transfer olur
"Arsenal" hücum xəttinə yeni futbolçu cəlb edəcək.
Sportline.az xəbər verir ki, London klubu "Kristal Pelas"ın oyunçusu Ebereçi Ezenin transferini yekunlaşdırıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Topçular" İngiltərə millisinin üzvü üçün qarşı tərəfə 77 milyon avro ödəyəcək.