"Əziz Şuşa" beynəlxlaq turnirinin qalibi bilindi

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.

Sportline.az xəbər verir ki, Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov olub.

İkinci yeri Özbəkistan idmançısı Akramjon Sunnatov, üçüncü yeri Monqolustan təmsilçisi İderbold Bold tutub.