Faiq Qarayev: "Qruplaşma olduğuna inanmıram"

"Qalmaqala qarışmaq istəmirəm, qruplaşma olduğuna da inanmıram. Məncə, anlaşılmazlıq olub".

Sportline.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Faiq Qarayev daha öncə millidə işləmiş Ataman Güneyligilin fikirlərinə münasibət bildirərkən deyib.

O, türkiyəli həmkarına burada işlədiyi üçün təşəkkür edib: "Onun da öz karyerası var. Ataman Güneyligil ilə bağlı çox danışmağım düzgün olmaz. Məşqçi komanda düzəldən və kollektiv yaradan insandır. Bu işdə çalışacağam ki, nöqsanlar olmasın. Voleybolçular haqqında da heç nə deyə bilmərəm. Bunlar hamısı geridə qalıb. Yəqin ki, komandamızda elə şeylər olmayacaq".