Falkaonun son vəziyyəti

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkaonun son durumu məlum olub.

Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, sağ ayağında əzələ ağrısı hiss edən kolumbiyalı hücumçu 2-3 həftə meydana çıxa bilməyəcək.

Onun iyunun 28-də Superliqanın 29-cu turunda çempionluq uğrunda əsas rəqiblərindən olan lider "Başakşəhərlə" görüşü buraxacağı dəqiqdir.

Qeyd edək ki, 34 yaşlı forvard Superliqanın son turunda "Qaziantep"lə görüşdə (3:3) zədələnib.