Fariz Nəcəfov "Qəbələ"nin baş məşqçisini açıqladı

"Qəbələ" futbol komandasında gələn mövsüm üçün baş məşqçi məsələsinə aydınlıq gəlib. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a klubun prezidenti Fariz Nəcəfov məlumat verib. O bildirib ki, Elmar Baxşıyev yenə komandanın sükanı arxasında olacaq. 

Qeyd edək ki, yarımçıq dayandırılan 2019/2020 mövsümündə 20 oyundan 19 xalla 8-ci yeri tutub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib.