Fatih Terimin köməkçisi "Qalatasaray"dan getdi
Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terimin köməkçilərindən olan Ümit Davala klubla vidalaşıb.
Sportline.az xəbər verir ki, 48 yaşlı mütəxəsəssis tvitter hesabında vida mətni yayımlayıb.
O, karyerasında yeni səhifə açacağını bildirib.
Qeyd edək ki, Ümit Davala 2011 - 2013-cü illərdə və 2018-ci ildən "Qalatasaray"da işləyib. Baş məşqçi Fatih Terimin də müqaviləsi başa çatıb. Onun klubdakı taleyinə prezident seçkisindən sonra aydınlıq gələcək.