Federasiyaya yeni vitse-prezident təyin olundu

Bu gün Azərbaycan Pankration, Grappling və MMA Federasiyasında yeni təyin olunmuş 1-ci vitse-prezidentin təqdim olunma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, 3 idman növünü birləşdirən federasiyanın prezidenti Azad Əsgərov iclasda çıxış edib.

O, səsvermədə qalib olan Tural Etibar oğlu Mirzəyevi federasiya nümayəndələrinə təqdim edib.

A.Əsgərov T. Mirzəyevin əmək fəaliyyətindən danışıb, onun qarşısında mühüm vəzifələr dayandığını bildirib və bu vəzifənin icrasında 1-ci vitse-prezidentə  müvəffəqiyyətlər arzulayıb.