Federiko Dimarko "İnter"dən ayrıla bilər
"İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" slovakyalı futbolçunun xidmətində maraqlıdır. İngiltərə klubu Dimarko üçün "İnter"ə 60 milyon avro ödəməyə hazırdır.
"İnter" klubu bu təklifi rədd edib. İtaliya klubunun rəhbərliyi Dimarko üçün 70 milyon avro tələb edir.
Federiko Dimarkonun "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 19 matçda 3 qol və 4 asistlə yadda qalıb.