"Fənərbağça" ABŞ-li oyunçu ilə anlaşıb

"Fənərbağça" basketbol komandası ABŞ-li basketbolçu Veyd Baldvini heyətinə qatdığını açıqlayıb.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı basketbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Son olaraq "Makkabi Tel Əviv"də çıxış edən basketbolçu Avroliqanın son 2 mövsümünün rəmzi heyətinə daxil olub.

Qeyd edək ki, Baldvin daha əvvəl karyerasında NBA komandalarından "Memfiz Qrizels" və "Portland Treil Bleyzers"in şərəfini qoruyub.