“Fənərbağça” argentinalı futbolçunun xidmətində maraqlıdır

“Boka Xuniyors”un 22 yaşlı futbolçusu Kristian Medina klubdan ayrılacağı gözlənilir.

Sportline.az “BocaNews” nəşrinə istinadən xəbər verir ki, klub oyunçunu satmağa razıdır. Lakin futbolçunu yüksək məbləğə satacağı bildirilir.

“Fənərbağça” Medina üçün 15 milyon avro təklif edir.

“Boka Xuniyors” İstanbul təmsilçisindən 25 milyon avro tələb edib.

Qeyd edək ki, Medina “Fənərbağça”da çıxış etməyə müsbət yanaşır.