“Fənərbağça Beko”da ağır itki
“Fənərbağça”nın 31 yaşlı basketbolçusu Skotti Vilbekinin zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən keçirilən avroliqa matçında dizindən ağır zədə alan təcrübəli oyunçu 1 ay meydanlardan uzaq qalacağı bildirilir.
Daha öncə 2022/23 mövsümündə dizindən ağır zədələnən basketbolçu bu sezonun geri qalanında forma geyinə bilməyəcək.
Qeyd edək ki, Vilbekin 2022-ci ildən “Fənərbağça”nın şərəfini qoruyur.