“Fənərbağça” Duşan Tadiçlə bağlı qərar verib

“Fənərbağça”nın serbiyalı futbolçusu Duşan Tadiç klubdaki talehinə aydınlıq gəlib.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Tadiç “Fənərbağça” ilə 1+1 illik yeni müqavilə imzalayacağı gözlənilir.

Tadiçin “Fənərbağça” ilə hazır ki müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, D.Tadiç bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 8 qol və 6 asistlə yadda qalıb.