"Fənərbağça" En-Neseri ilə bağlı qərar verib

"Fənərbağça"nın ulduz futbolçusu Yussef En-Neseri üçün elçi düşən "Əl-Nəssr" rədd cavabı alıb.

Sportline.az xəbər verir ki, istanbullular Səudiyyə Ərəbistanı klubunun gözqamaşdırıcı təklifini müsbət cavablandırmayıblar.

Sabah qəzetinin yaydığı məlumata görə, ərəblərin 25 milyon avro təklifi də "sarı-lacivərtlilər"i fikrindən yayındırmayıb. 

Futbolçunun özü də karyerasını Türkiyədə davam etdirmək istəyini bildirib.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 25 oyunda 11 qol, 3 asist müəllifidir.