“Fənərbağça” futbolçusu vidalaşdı

"Fənərbağça" qanalı futbolçusu Aleksander Ciku ilə  vidalaşıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı stopper azad agent kimi klubdan ayrılıb.

Qeyd edək ki, Ciku "Transfermarkt" dəyəri, 6.5 milyon avrodur.