"Fənərbağça" ispaniyalı futbolçunu transfer etmək istəyir

"Fənərbağça" yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Roma"nın ispaniyalı müdafiəçisi Mario Hermoso karyerasını "Fənərbağça"da davam etdirə bilər. Joze Mourinyo Hermosonu komandasında görmək istəyir.

Hermoso "Fənərbağça"da Mourinyonun rəhbərliyi altında çıxış etməyə müsbət yanaşır.

İstanbul klubunun rəhbərliyi Hermosonun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 18 milyon avrodur.

M.Hermosonun "Roma" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.