"Fənərbağça" mərakeşli futbolçu ilə anlaşıb

"Fənərbağça" uzun müddətdir transfer etmək istədiyi En-Nesrinin keçidini reallaşdırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Transferin detalları hələ ki açıqlanmayıb.

Ötən mövsüm Əndəlis təmsilçisinin heyətində 41 oyuna çıxan En-Nesri 20 qol və 3 asistlik performans göstərib.

Qeyd edək ki, futbolçu 2019/2020 və 2022/2023 mövsümündə "Sevilya" ilə Avropa Liqasının qalibi olub.