"Fənərbağça" "Napoli" ilə danışıqlara başlayıb

"Fənərbağça" Noa Lanq üçün "Napoli" ilə danışıqlara başlayıb.

Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, İstanbul klubu niderlandlı sol cinah vingerini transfer etməyi planlaşdırır.

N.Lanqın dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.

Qeyd edək ki, 26 yaşlı oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 1 qol, 2 asistlə yadda qalıb.