"Fənərbağça" Niderlanda belə yollanacaq
Sabah UEFA Avropa Liqasında Liqa mərhələsinin ikinci turunun oyunları olacaq.
Sportline.az xəbər verir ki, maraqlı qarşılaşmalardan biri Niderlandda gözlənilir.
Söhbət "Tvente" - "Fənərbağça" matçından gedir.
Türkiyə təmsilçisi səfər oyununa itkilərlə yollanacaq.
Baş məşqçi Joze Mourinyo 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Çağlar Söyüncü ilə İrfan Can Eğribayat zədə üzündən, Osayi Samuel isə ilk turda aldığı qırmızı vərəqə səbəbindən matçı buraxacaq.
Qeyd edək ki, oyunun start fiti sabah Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.