"Fənərbağça" Sebalyosu istəyir

"Real Madrid"in ispaniyalı yarımmüdafiəçisi Dani Sebalyos karyerasını "Fənərbağça"da davam etdirə bilər.

Sportline.az "A Spor" kanalına istinadən xəbər verir ki, İstanbul klubu 29 yaşlı futbolçu icarə əsasında heyətinə qatmaq istəyir.

D.Sebalyosun hazır ki dəyəri "Transfermarkt" portalına görə, 10 milyon avrodur.

Qeyd edək ki, sözü gedən futbolçunun "Real Madrid"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.