“Fənərbağça” təxirə salınan oyunda “Alanyaspor”la üz-üzə gələcək

Türkiyə Süper Liqasında 1-ci turdan təxirə salınan oyunda "Fənərbağça" öz meydanında "Alanyaspor"la qarşılaşacaq.

Sportline.az xəbər verir ki, görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Heyətlərə nəzər saldıqda "Fənərbağça"da Kerem Aktürkoğlu, Ederson, Marko Asensio, Edson Alvares, Con Duran və Mert Hakan Yandaş baş məşqçi Domeniko Tedeskonun sərəncamında olmayacaq.

"Alanyaspor"da yeganə itki Florent Haderjonayın adı ilə bağlıdır.

Qeyd edək ki, oyunun ədalət təmsilçisi Cihan Aydın olacaq.