"Fənərbağça" "Tottenhem"lə danışıqlara başlayıb

"Fənərbağça"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Tottenhem"in malili futbolçusu İves Bissuma "Fənərbağça"nın 1 nömrəli transfer hədəfinə çevrilib.

29 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, İstanbul klubu "Tottenhem"lə danışıqlara başlayıb.