"Fənərbağça" "Tvente" ilə oyuna bu heyətlə çıxacaq

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, Türkiyənin yarışdakı təmsilçisi "Fənərbağça" bu turu səfərdə keçirəcək.

İstanbullular Niderlandda "Tvente" ilə üz-üzə gələcəklər.

Baş məşqçi Joze Mourinyo Ensxede səfərində güvənəcəyi "11-liyi" müəyyənləşdirib.

Ntvsport.net-in yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis start heyətə Livakoviç, Mert Müldür, Rodriqo Bekao, Aleksander Ciku, Ostervolde, Fred, Amrabat, İrfan Can Kahveci, Şimanski, Duşan Tadiç və Yussef En-Nesirinin adını daxil edib.

"Tvente" - "Fənərbağça" görüşü bu gün saat 23:00-da başlanacaq.