"Fənərbağça" "Vest Hem"in futbolçusunu icarəyə götürür
"Fənərbağça" "Vest Hem Yunayted"in meksikalı futbolçusu Edson Alvarezi icarə əsasında heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Futbolçunun bu həftə İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 31 matçda 1 asistlə yadda qalıb.