"Fənərbağça" yeni "qol silahı" ilə anlaşıb

"Fənərbağça" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, gələn mövsüm çempionluğu hədəfləyən klubun transfer siyahısında yer alan əsas futbolçulardan biri Con Durandır.

Kolumbiyalı forvardla ilkin danışıqların müsbət alındığı bildirilir.

Onun hazırda şərəfini qoruduğu "Əl-Nəsr"dən icarəyə götürülmək planı üzrə iş davam etdirilir.

Qeyd edək ki, "Əl-Nəsr" 21 yaşlı hücumçunun transferinə 77 milyon avro xərcləmişdi.

Keçid baş tutacağı təqdirdə "Fənərbağça" Durana illik 15 milyon avro ödəməyə hazırdır.