"Fənərbağça" "Zenit"in braziliyalısına elçi düşüb
"Fənərbağça" Rusiya "Zenit"inin braziliyalı futbolşusu Julianonun xidmətində maraqlıdır. Sportline.az sovsport.ru-ya istinadən xəbər verir ki, istanbullular sözügedən yarımmüdafiəçi üçün 9 milyon avro ödəməyə hazırdırlar. Qeyd edək ki, ötən ildən "Zenit"in şərəfini qoruyan Juliano yeni çalışdırıcı Mançinin elə də güvənmədiyi futbolçular siyahısındadır.