"Fənərbağça"da daha bir futbolçu ilə yollar ayrılıb

"Fənərbağça" gənc futbolçusu Emir Ortakayanı icarə əsasında "Vesterlo" klubuna göndərib.

Sportline.az Türkiyə klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 20 yaşlı futbolçu bu gün yeni klubu ilə müqavilə imzalamaq üçün Belçikaya gedəcək.

2021-2022 mövsümünün əvvəlində "Fənərbağça"ya transfer olunan Emir Ortakaya 1 il "Göztepe"də, 1 il isə "Kocaelispor"da icarə əsasında oynayıb. Onun "sarı-lacivərtlilər"lə müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Emir ötən mövsüm Türkiyə 1-ci Liqasında 30 oyunda 3 qol və 2 asistlik performans göstərib.