"Fənərbağça"da koronavirus şoku

“Fənərbağça”nın daha üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Komanda növbəti dəfə COVİD-19 testindən keçib və 3 oyunçunun virusa yoluxduğu məlum olub. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
 
Qeyd edək ki, “Fənərbağça” Türkiyə Superliqasının 15-ci turunda istirahət edir. Komanda növbəti matçını yanvarın 4-də “Kasımpaşa”ya qarşı keçirəcək.